ÜMUMTÜRK ÜNSİYYƏT DİLİNİN YARANMA YOLLARI – “AK JOL”
Dilçilik araşdırmaları,, cilt.1, ss.82-96, 2026 (Hakemli Dergi)
- Yayın Türü: Makale / Tam Makale
- Cilt numarası: 1
- Basım Tarihi: 2026
- Dergi Adı: Dilçilik araşdırmaları,
- Sayfa Sayıları: ss.82-96
- Hacettepe Üniversitesi Adresli: Evet
Özet
Türküstan coğrafiyasında, xüsusilə də Qazaxıstan və Qırğızıstanda “Ak Jol” əsas yol, həyat yolu, ağ günlərə, xoşbəxtliyə aparan yol mənalarını ifadə edir. Türk xalqlarının ümumünsiyyət dili ilə bağlı “Ak Jol” dedikdə isə, bu xalqları və onların dilini birliyə aparan qardaşlıq yolu nəzərdə tutulur. Türk dillərinin birliyini, yaxınlaşmasını təmin edəcək yol xəritəsi, yəni “Ak Jol” artıq bəllidir. Bu yol xəritəsinin ilk eskizləri 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda çəkilib. Türk dillərinin birliyini, yaxınlaşmasını təmin edəcək yol xəritəsində birinci mərhələ əlifba birliyidir. Bu birlik qismən təmin edilsə də, hələ bəzi türk dövlətləri latın qrafikasına əsaslanan əlifbaya keçməmişdir. Latın əlifbasına keçən dillərdə isə hərflərdə və onların səs qarşılığında çoxsaylı fərqlər mövcuddur. İkinci mərhələ terminoloji birlikdir ki, bu mərhələ türk dillərində ortaq terminlərin yaranmasını və həmin terminlərin türk dillərinə inteqrasiya olunmasını nəzərdə tutur. Bu istiqamətdə də müəyyən işlər görülmüşdür, amma konkret və müsbət nəticələrdən danışmaq hələ tezdir. Üçüncü mərhələ ümumleksikoloji birlik və ya dil vahidlərinin həm forma, həm də mənaca yaxınlaşması mərhələsi, daha sonrakı mərhələlər isə morfoloji normaların və sintaktik strukturların uyğunlaşması və bunun nəticəsi olaraq türk xalqlarının ümumünsiyyət dilinin və ya ümumtürk dilinin yaranması mərhələsidir. Bu günlərdə qeyd edilən mərhələlərlə bağlı xeyli işlər görülmüşdür, lakin əldə edilən qəti nəticələrdən danışmaq hələ çox tezdir. Hadisələrin təbii axarı ilə bu mərhələlərin qısa vaxt ərzində və ya bir dəfəyə reallaşacağını gözləmək o qədər də inandırıcı deyil. Amma bir fakt kimi bunu qeyd etməyi lazım bilirik ki, aktiv müdaxilə yolu ilə sadəcə ümumtürk ünsiyyət dilini deyil, ümumdünya qlobal dilini də həm formalaşdırmaq, həm də ondan kütləvi şəkildə istifadəni təmin etmək mümkündür. Bunlardan istənilən birinin reallaşdırıl- ması üçün təxminən 30-50 il vaxt, kifayət qədər maliyyə vəsaiti və ən əsası isə bu dillərdən istifadə edəcək xalqların və ya kütlələrin qəti qərarı və möhkəm iradəsi tələb olunur.